Bakıda iki nfər taksi sürücüsü bıçaqlayaraq onun avtomobilini qaçırıblar. Bakıda iki nfər taksi sürücüsü bıçaqlayaraq onun avtomobilini qaçırıblar.

Taksi sürücüsü bıçaqlandı - Bakıda

Bakıda iki nfər taksi sürücüsü bıçaqlayaraq onun avtomobilini qaçırıblar.

53 yaşlı İntiqam Ağayev Yasamal rayonu ərazisində yaşayır. O, metronun 20 yarvar stansiyasının yaxınlığında 90 SL 602 nömrə nişanlı "Hyundai" markalı şəxsi avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərir. Ötən gecə isə İntiqam Ağayevin idarə ediyi avtomobilə 20 yanvar dairəsində iki nəfər əyləşərək onları abşeron rayonu "At yalı" adlanan əraziyə aparmalarını xahiş edib. Müştərilər maşınına əyləşəndən sonra isə onlar deyilən ünvana yola düşüblər. At yalı kimi tanınan əraziyə çatanda isə müştərilər İntiqam Ağayevə qarşı zor tətbiq ediblər. Onun əl nahiyyəsinə bıçaqla xəsarətlər yetirən cinayətkarlar sürücüyə fiziki işgəncə verərək, əl-qolunu bağlayıb və onu avtomobilin yük yerinə qoyublar.

Bundan sonra avtomobilin sükanı arxasına keçən cinayətkarlar sürücünü yoldan bir qədər kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. İntiqam Ağayev yaxınlıqdan keçən yük maşınlarının köməkliyi ilə hadisə barədə polislərə və ailə üzvlərinə məlumat verə bilib.

Qeyd edək ki, İntiqam Ağayevin qaçırılan avtomoblində iki ədəd mobil telefonu və şəxsi sənədləri də olub. Hadisədən sonra Abşeron rayon polis idarəsinin əməkdaşları zərərçəkənin izahatını alıblar. Hazırda İntiqam Ağayevə ağır bədən xəsarəti yetirməklə onun avtomobilini qaçıran şəxslərin axtarışdarını davam etdirilir.


Qeyd edək ki, zərərçəkənə məxsus ağ rəngli 90 SL 602 dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobili görən şəxslərdən Daxili İşlən Nazirliyinin 102 qaynar xəttinə və ya Abşeron rayon polis idarəsinə məlumat vermələri xahiş olunur.

(anspress)