Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu Bakıda falçını qətlə yetirən şəxsin tutulması ilə bağlı məlumat yayıb. Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu Bakıda falçını qətlə yetirən şəxsin tutulması ilə bağlı məlumat yayıb.

Falçının öldürülməsi ilə bağlı Rəsmi məlumat

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu Bakıda falçını qətlə yetirən şəxsin tutulması ilə bağlı məlumat yayıb.



Bakı Şəhər Prokurorluğundan AzNews.az-a daxil olan birgə məlumatda qeyd edilir ki, martın 14-də saat 12 radələrində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Tahir Talıbovun paytaxtın Səbail rayonunda kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Məhəbbət Cahangirov martın 31-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaqla T.Talıbovun martın 14-də şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı M.Cahangirov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, M. Cahangirov ilkin ifadəsində qətl hadisəsini ona yazdığı duaya görə və həmin duanın onun həyatına mənfi təsir etdiyinə görə etdiyini bildirilib.