- Köhnə - Kriminal
- 1 Aprel 2015 12:43
- 2 944
Azərbaycanda 41 cinayətkar tutulub
Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 68 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.