Makedoniyada polis cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat keçirib. Nəticədə 8 polis olmaqla 22 nəfər ölüb, 37 nəfər isə yaralanıb. Makedoniyada polis cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat keçirib. Nəticədə 8 polis olmaqla 22 nəfər ölüb, 37 nəfər isə yaralanıb.

Cinayətkar dəstəyə qarşı əməliyyat: 22 ölü, 37 yaralı (VİDEO)

Makedoniyada polis cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat keçirib. Nəticədə 8 polis olmaqla 22 nəfər ölüb, 37 nəfər isə yaralanıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "24today" saytı yayıb.

Məlumata görə, əməliyyat ölkənin şimalında Kumanovo şəhərində həyata keçirilib.

AFR agentliyi yazır ki, cinayətkar dəstənin üzvləri Kosovo, Albaniya və Makedoniyada yaşayan albanlar olub.

Bu faktı Makedoniya Daxili İşlər Nazirliyinin rəsmisi İvo Kotevski təsdiq edib.

Əməliyyat zamanı əraziyə xüsusi texnika cəlb edilib, helikopterlər havaya qaldırılıb, sakinlər təxliyə edilib.

Daxili işlər naziri Qordan Yankulovskinin sözlərinə görə, cinayətkar dəstənin 20 üzvü təslim olub.