02:15
(077) 610-22-33

“Eşşək“ sözünə görə 11 il həbs

  • >
2 490 2 Oktyabr 2015 17:26 | Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Rüstəm Həsənov və Asif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az-ın lent.az-a istinadən məlumatına görə, keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən ilə Rüstəm Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şxəsin barəsində 2 il islah işləri cəzası təyin edilib.

Qeyd edək ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 9 ünvanında yaşayan 30 yaşlı Rüstəm Həsənov onunla eyni məhəllədə yaşayan qohumu, bacanağının qardaşı, 28 yaşlı Elşən Ələkbərovu qətlə yetirib.

Hadisə isə adi mübahisə üstündə baş verib. Elşən Ələkbərovun evdə yüksək səslə musiqi dinləməsi Rüstəmin xoşuna gəlməyib. Buna iradını bildirən Rüstəmə Elşən müsiqinin səsini eşitməmək üçün evinin pəncərəsini bağlamağı təklif edib. Bu zaman Elşən ona "eşşək" deyə təhqir edib. "Eşşək" sözünü təhqir hesab edən Rüstəm bıçağa əl atıb. Sonda qohumlar arasında mübahisə qanlı cinayətlə nəticələnib. Həmçinin müəyyən edilib ki, onların davasına digər qohumları Asif Əliyev də qoşulub.

Rüstəm Həsənov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Asif Əliyevə isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib.
Bağla X