10:08
(077) 610-22-33

Qonşular arasında dava - 39 yaşlı kişi öldü

  • >
1 731 5 Oktyabr 2015 21:58 | Kriminal

Qonşular arasında yaranan mübahisə ölümlə nəticələnib.


AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində Bakı Fəhləsi küçəsi ilə Əhlimanov küçəsinin kəsişməsində qeydə alınıb. 45 yaşlı Hikmət Rəhimovla qonşusu 39 yaşlı Elsevər Əliyev arasında mübahisə yaranıb.

Mübahisə o dərəcəyə çatıb ki, qonşular bir-birini nalayiq söyüşlərlə təhqir ediblər. Bu zaman Hikmət Rəhimov bıçaqla Elsevər Əliyevə ağır xəsarət yetirib. Xəsarətə tab gətirə bilməyən Elsevər hadisə yerində dünyasını dəyişib.

Hikmət Rəhimov isə cinayətdə istifadəetdiyi bıçaqla 14-cü polis bölməsinə gələrək təslim olub. Bölmədə dindirilən Hikmət Rəhimov qonşusunu söyüş söydüyü üçün öldürdüyünü bildirib. Mərhum Elsevər Əliyevin yaxınlarından əldəetdiyimiz məlumata görə, indiyədək Hikmət Rəhimovla onun arasında mübahisə olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Bağla X