İrandan ölkəyə küllü miqdarda narkotik maddənin gətirilməsinin qarşısını alıb. İrandan ölkəyə küllü miqdarda narkotik maddənin gətirilməsinin qarşısını alıb.

Narkotacir Cəlilabadda həbs edildi - 8 kq tiryəklə

İrandan ölkəyə küllü miqdarda narkotik maddənin gətirilməsinin qarşısını alıb.



XəzərNews.az xəbər verir ki, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan rayon sakinini həbs ediblər. Belə ki, 33 yaşlı Şirvan Şəhər sakini Atayev İlkin Mahir oğlu rayona gələrək Cəlilabad-Sərhədabad yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən 8 kq-a yaxın narkotik maddə olan tiryəki götürüb geri qayıdarkən polislər tərəfindən saxlanılıb. Məlum olub ki, İ.Atayevə narkotik maddənin adıçəklilən yerdən götürərək digər şəxslərə təhvil verməsini İrandan olan tanışı telefonla zəng edərək xəbər verib.



Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.