Rusiya paytaxtında azərbaycanlı “qanuni oğru” saxlanılıb. Rusiya paytaxtında azərbaycanlı “qanuni oğru” saxlanılıb.

Azərbaycanlı “qanuni oğru” saxlanıldı - Rusiyada

Rusiya paytaxtında azərbaycanlı “qanuni oğru” saxlanılıb.



AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Praym Kraym" saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 7-də Rusiya Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən Çertanovsk rayonunda yerləşən "Alayskiy bazar"dakı "Çayxana" restoranında 29 yaşlı "qanuni oğru", kriminal aləmdə Zaur Naxçıvanski kimini tanınan Zaur Şipilov saxlanılıb. Saxlanılan zaman onun üzərindən yüksək dozada narkotik vasitə olan heroin götürülüb.

Saytın yazdığına görə, Zaur Şipilov 2006-cı ildə Moskvada "qanuni oğru" Hikmət Muxtarovla birlikdə güllələnərək öldürülən məşhur azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur. Z. Şipilova 2013-cü ildə Türkiyədə Rövşən Lənkəranskinin (Canıyev) təşəbbüsü ilə "qanuni oğru" titulu verilib.