07:29
(077) 610-22-33

Arvadın düzgün döyülmə qaydaları - Psixoloqdan şok video

  • >
10 908 12 May 2016 16:11 | Maraqlı

Səudiyyə Ərəbistanında ailə həkimi və psixoloq arvadın düzgün döyülmə qaydaları barədə məsləhətlərini əks etdirən video hazırlayıb.


AzNews.az "The İndependent"ə istinadən xəbər verir ki, Xalid Əl-Səqabi bu məsələnin bir çox təhlükələri ehtiva edən tikanlı bir körpü olduğunu bildirir. "Lakin Allahın icazəsi ilə biz bu körpünü təhlükəsiz keçəcəyik", - deyə o əlavə edib.

Bu ilin əvvəllərində hazırlanan və ötən ay Vaşinqtonda Yaxın Şərq Media Araşdırmalar İnstitutu tərəfindən tərcümə edilən videoda Əl-Səqabi arvadı döyməyin məqsədini də açıqlayıb. O bildirib ki, məqsəd qəzəbini ifadə etmək deyil, nizam-intizamı bərpa etməkdir. "Döyülmə üçün İslamın zəruri şərtləri yerinə yetirilməlidir", - deyə o vurğulayıb.

Ailə həkimi arvadı döymək üçün vasitələr də təklif edib. Onun sözlərinə görə, döyülmə dəyənək və ya kəsici alətlə deyil, diş təmizləyən çubuq və ya dəsmalla həyata keçirilməlidir. Əl-Səqabi bəzi ərlərin dəyənək və kəsici alətdən istifadə etməsindən kədərləndiyini də dilə gətirib. "Çünki məqsəd sadəcə ərinə qarşı davranışında səhv etdiyini arvada hiss etdirməkdir", - deyə o izah edib.

Əl-Səqabi hesab edir ki, arvadı döyməzdən öncə ona Allahın ər üçün buyurduğu hüquq və vəzifələri xatırlatmaq lazımdır. Psixloloq bildirib ki, əgər ər və ya arvad döşəmədə yatırsa ər arxasını arvadına çevirməklə yataqda onunla münasibətdən imtina etməlidir. Lakin o, ərlərə başqa evə getməməyi təklif edir: "Çünki bu addım evdəki problemləri ictimaiyyətə yaymaq üçün yox, qadını nizam-intizama cəlb etmək üçündür".

Arvadı döymək üçün əsas səbəblərdən biri kimi Əl-Səqabi ər və arvad arasında yaşanan mübahisələri göstərib: "Təəssüf ki, bəzi qadınlar ərləri ilə bərabər həyat istəyir. Bu, çox ağır problemdir. Başqa qadınlar ərlərinin onları döyməsinə imkan verəcək səhvlər edirlər". Ailə terapisti bəzi qadınların ərlərini onları döyməsi üçün qıcıqlandırdıqlarını da qeyd edib.

Əl-Səqabi qeyd edir ki,arvadın da ərini vura biləcəyi məqamlar var. Buna səbəb ərin "yalnış tərbiyəsi" ola bilər. Belə ki, ər atasının öz arvadını döyməsini görə və "onların hərəkətlərini təqlid edə" bilər.


Bağla X