SOK! 200 kiloluq modellər gəlir

Model biznesində yenilik etmək qərara alınıb. Model bazarını tənzimləməkdən ötrü yeni üsullara əl atılır. İndi sıra olduqca kök qadınlara gəlib.

İtaliya fotoqrafı Qosi Loloy çəkdiyi şəkillərlə artıq çəkidən əziyyət çəkən xanımların da model ola biləcəyini təsdiqləyib və bununla da bir çoxlarını təəccübləndirib.

Model biznesinin bu cür tənzimlənməsi bərabər hüquqluluğa can atmaq cəhdi kimi dəyərləndirilir. Bu həmçinin gəlir əldə etmək üçün edilir.

Kök xanımların sayına görə İngiltərə liderliyi əldə saxlayır (23, 9 faiz). İkinci yeri maltalılar (21,1 faiz), üçüncü yeri isə latış xanımlar (20,9 faiz) tutur.
ABŞ da kök qadınları ilə "fəxr edə" bilər. Ölkə qadınlarının 26 faizi artıq çəkidən əziyyət çəkir. Yüksək moda bazarı demək olar ki, bu cür xanımlar üçün bağlıdır. Hətta orta ölçülü xanımlar da (46-50 ölçülü) model biznesində qəbul olunmur.

Öz işindən danışan Qosi Loloy deyib: "Bu qadınlar məni heyran etdilər. Həmçinin mən dünyaya göstərmək istədim ki, hər bir insan çəkisindən asılı olmayaraq gözəl ola bilər".

İnci
AzNews.az