Dünyanın ən kriminal paytaxtları AÇIQLANDI

BMT-nin narkotiklərlə və cinayətkarlığa qarşı mübarizə təşkilatı dünya ölkələrində təhlükəsizliyə dair hesabat yayıb. Dünyanın ən kriminal paytaxtlarının siyahısının tərtib edilməsində hər 100 min nəfərə düşən qəsdən adam öldürmə faktları əsas götürülüb.

Siyahıda birinci yerdə Venesuela paytaxtı Karakas şəhəri dayanıb. Burada hər 100 min nəfərə 122 qətl düşür. Qvatemala bu siyahıda ikinci yeri tutur- 118 qətl. Üçüncü yerdə isə ada dövlət olan Sent Kits və Nevisin baş şəhəri olan Baster qərarlaşıb - 97,6 qətl.

Asiya ölkələrindən olan Monqolustanın paytaxtı Ulan-Bator 17-ci yerdə dayanıb. Burada hər 100 min nəfərə 10,2 qətl düşür.

Avropada isə ən kriminal paytaxt Tallindir - 7,3 qətl. Kiyev hər 100 min nəfərə düşən 4,2 qətllə Moskvadan sonra gəlir. Rusiya paytaxtında qətllərin sayı 4,6, Tbilisidə isə 5-dir.

Elnarə Əlosmanqızı
AzNews.az