Tayqada azan balıqçılar yoldaşlarını yedilər – ŞOK!

Yakutiyada tükürpədici hadisə baş verib. Bir neçə gün öncə bir qadın xilasedicilərə müraciət edərək bildirib ki, artıq 3 aydır ki, qardaşı yoldaşları ilə Sutam çayında balıq tutmağa gedib və bu günədək geri qayıtmayıb. Qardaşının yolunu gözləməkdən yorulan qadın kömək üçün xilasedicilərə müraciət edib. Onun sözlərinə görə, sentyabrın sonunda qardaşı anasına zəng edərək deyib ki, çayda daşqın olduğundan, onlar tayqadan çıxa bilmirlər.

Dərhal axtarışlara başlayan xilasedicilər elə həmin gün 1974 və 1977-ci il təvəllüdlü iki kişini əl və ayaqları donmuş, halsız vəziyyətdə tapıblar. Bir qədər sonra onlar digər balıqçıların bədən hissələrini aşkarlayıblar.

Polislər güman edirlər ki, aclıq keçirən balıqçılar öz yoldaşlarını yeyiblər. Çünki ətrafda vəhşi heyvanların izi olmayıb. Cəsədərin qalıqlarının balta ilə bölündüyü açıqca görünür. Kişilərin yoldaşlarını öldükdənmi sonra, yaxud öldürərək yedikləri araşdırılır.

Qeyd edək ki, tapıldıqdan bir neçə gün sonra balıqçılar müəmmalı şəkildə xəstəxanadan qaça biliblər. Polis hesab edir ki, kişilər tayqaya balıq tutmaq üçün deyil, qızıl axtarmağa gediblər.

Inci
AzNews.az