23:27
(077) 610-22-33

Diktatorun heykəlinə 120 milyon dollar xərclənib

  • >
1 060 5 Dekabr 2012 14:59 | Maraqlı

Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen İrin şəxsiyyətinə pərəstiş ölkəsinə 120 milyon dollara başa gəlib. Şimali Koreyada nəşr olunan "Çoson İlbo" qəzetinin məlumatına görə, Kim Çen İrin Pxenyandakı 23 metrlik abidəsinin hazırlanmasına 10 milyon dollar sərf edilib. Daha 7 abidənin qoyulması isə 50 milyon dollara başa gəlib.

Bundan başqa hakimiyyət Kim Çen İrin adının qəhrəman və liderlərə həsr olunan abidəyə yazılması üçün 25 milyon dollar tələb edib. KXDR-nın qurucuları olan Kim İr Sen və Kim Çen İrin şəkillərinin əks olunduğu mozaikanın dəyişdirilməsinə ümumilikdə 35 milyon sərf edilib.
Məqalədə vəsaitin yetərli olmadığı, Rusiya, Avropa və Asiya banklarından böyük faizlə kredit götürüldüyü də qeyd olunub.

Məlumat üçün bildirək ki, Kim İr Sen KXDR-nın yaradıcısı olub. Onun oğlu Kim Çen İr isə 2011-ci ilin dekabrın 17-dək ölkəni idarə edib.

Elnarə
AzNews.az
Bağla X