İçki qurbanı olan müğənninin evi 3.2 milyon dollara satıldı

İngiltərədə ötən il vəfat edən məşhur müğənni Emi Vinhausun evi hərracda 3.2 milyon dollara satılıb.

Hərracı təşkil edən "McHugh and Co." əmlak şirkəti Londondakı 3 yataq otağı olan evə 5 nəfərin müştəri çıxdığını bildirib. Müğənninin 27 yaşında öldüyü evi hələ bu ilin mayında 4,3 milyon dollara satışa çıxarılsa da, müştərisi tapılmamışdı.

2011-ci ilin yayında həyatla vidalaşan gənc müğənni məhz bu evdə ölü tapılmışdı. "Qremmi" mükafatçısı olan müğənninin ölümünə həddindən artıq spirtli içki qəbul etməsi göstərilirdi.

Boş evə vəsait sərf etməyin doğru olmadığını düşünən ailəsi isə pərəstişkarlarının məbədə çevirdiyi evi satışa çıxarıb. Səbəb isə evin ailədə kədərli xatirələr yaratması göstərilir.

Elnarə Əlosmanqızı
AzNews.az