16:48
(077) 610-22-33

Metroda sərnişinlərə bədənini göstərdi

  • >
963 8 Dekabr 2012 16:53 | Maraqlı

Meksikanın Monterrey şəhərinin metro istifadəçiləri qəribə hadisə ilə qarşılaşıblar. Səhər işə tələsən vətəndaşlar metro vaqonunda əsl şou yaşayıblar. Striptiz-klubda çalışan Luna Bella qəfildən paltarlarını soyunaraq rəqs etməyə başlayıb.

4 dəqiqəyə yaxın davam edən şounu tamaşaçılardan biri pozub. O, çılpaq qadına yaxınlaşaraq rusvayçılığa son qoymağı tələb edib. Kişi tələbini vaqonda uşaqların olması ilə izah edib.

Sonradan hərəkətlərinin video yazısını internetə yerləşdirən xanım özünə bəraət qazandırmaq üçün qeyd edib ki, belə bir ideyaya əl atmasının səbəbi insanlara nəqliyyatda təhlükəsizlik xidmətinin olmamasını göstərmək olub.

"Kişilər şokoladda" adlı striptiz-klubda işləyən gözəlçə fevral ayında da analoji hərəkətlərə yol verib. Ötən dəfə onun şousunun məkanı Meksika universitetlərindən biri olub.

İnci
AzNews.az
Bağla X