Böcəyə Atatürkün adı verilib

İzmir Dövlət Universitetinin biologiya və təbiətin mühafizəsi fakültəsinin professoru Erol Yıldırım kəşf etdiyi böcəklərdən birinə Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını verib.

Professorun bu addımı böyük rezonans doğurub. Türkiyə müxalifətinin İzmirdəki təmsilçiləri professorun bu addımını tənqid edib və ona böcəyə öz atasının adını qoymağı təklif ediblər. Professor isə bu reaksiyanın gözlənilən olduğunu buldirərək qeyd edib ki, bu addımı ilə o, Atatürkə sayğısızlıq etməyib.

"Dünyada rəsmi qeydiyyata düşən onlarla böcəyə Atatürkün adı verilib. Sadəcə olaraq Türkiyə ictimaiyyəti bundan xəbərsizdi. Elm dünyasına isə bu cür xəbərlər çoxdan bəllidir" - Yıldırım deyib.

Erol Yıldırım bildirib ki, 1999-cu ildə bir bocəyə memar Sinanın adı verilib.

İnci
AzNews.az