21:01
(077) 610-22-33

Roma papasının 75030 avroluq “papamobil”i - VİDEO

  • >
688 8 Dekabr 2012 21:06 | Maraqlı

Almaniyanın tanınmış "Daimler" avtomobil konserni Roma papası XVI Benedikt üçün "Mercedes M-Class" bazasında yığılmış yeni xidməti avtomobili təhvil verib.

ANS PRESS-in məlumatına görə, "papamobil" avtomobilin əvvəlki orijinal versiyasından xeyli fərqlənir. Belə ki, bu avtomobil daha təhlükəsiz və daha genişdir. Görüntünün yaxşılaşdırılması üçün avtomobilin şüşələri daha böyük, maşına daxil olmaq girişi daha komfortlu, avtomobilin içi daha işıqlıdır.

Bəzi məlumatlara görə, avtomobilin kuzovu və şüşələri gülləkeçirməzdir.

Bu eksklüziv model avtomobili 10 ay müddətinə yığıblar. Ancaq onun qiyməti açıqlanmır. Belə ki, "Mercedes M-Class" avtomobilinin sadə, modifikasiya edilməmiş modelinin qiyməti.

Qeyd edək ki, Roma papaları 1930-cu ildən bu model avtomobillərdən istifadə edirlər. Bu müddət ərzində Vatikana onlarla bu modeldən olan avtomobillərdən gətirilib.




AzNews.az
Bağla X