2013-cü ilin ən dəbli rəngi açıqlandı

Amerikanın məşhur Pantone firması gələn il üçün dəbdə olan rəngi açıqlayıb. 2013-cü ilin ən dəbli rəngi zümrüd rəngidir.

"Yaşıl rəngin çalarları təbiətdə ən çox yayılan rəngdir. Zümrüd rəngi modada olduğu kimi interyerə də asanlıqla "yazılır". Məşhur dünya brendləri Chanel, Roberto Cavalli, Jonathan Sanders və Kenzo öz kolleksiyalarında dəfələrlə yaşıl rəngə və onun çalarlarına üstünlük veriblər" – firma nümayəndələri bildirib.

İnci
AzNews.az