Tenisçi eşşək südündən pendir yeyir – ŞOK!

Serbiyalı tenisçi Novak Cokoviç qəribə zövqü ilə seçilir. Xarici KİV-lərin verdiyi məlumata görə, idmançı eşşək südündən hazırlanan pendiri çox sevir. Bu pendir dünyanın ən bahalı pendiri hesab olunur. Çünki onun 1 kiloqramının hazırlanması üçün 25 litr eşşək südündən istifadə edilir. Orta hesabla isə bir uzunqulaq ildə 25 litrdən çox süd verə bilmir.

Bu növ pendirin istehsalı ilə Serbiyanın "Zasavica" şirkəti məşğul olur. Məlumata görə, məhsulun 1 funtu 400 funt sterlinqə satılır.

Tenisçi şirkətlə müqavilə bağlayaraq 2013-cü ilin bütün məhsulunu almağı qərara alıb.

İnci
AzNews.az