15:04
(077) 610-22-33

Bank rəhbəri “Mardan Palace” da oğluna toy edir

  • >
344 11 Dekabr 2012 11:56 | Maraqlı

Azərbaycanda bank rəhbəri sabah Türkiyənin ən məşhur otellərindən biri olan "Mardan Palace"də oğluna möhtəşəm toy etməyə hazırlaşır. "Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən United Credit Bankın Müşahidə Şurasının Sədri, çeçen əsilli azərbaycanlı Hüseyn Marayev Axmedoviç oğlunun toyunu etmək üçün Rusiyada yaşayan azərbaycanlı milyarder Telman İsmayılovun otelini seçib. Toyda həm Azərbaycandan, həm də Rusiyadan çoxlu sayda rəsmi və qeyri-rəsmi şəxslərin iştirakı gözlənilir.

Məlumatı dəqiqləşdirmək üçün "Mardan Palace"lə əlaqə saxladıq. Otelin administratoru toyun həqiqətən də sabah "Mardan Palace"keçiriləcəyini təsdiqlədi. Oteldən bildirib ki, dəvətlilərin konkret siyahısı da onlara təqdim olunub.

Qeyd edək ki, bank rəhbərinin oğlunun toyu Heydər Əliyevin vəfat gününə təsadüf edir. Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin vəfat günü-12 dekabr 2003-cü ildən Azərbaycanda şənlik mərasimləri keçirilmir. Lakin bütün dünyada öz toy gününu məhz "12.12.12" tarixinə salmaq istəyənlərin sayı-hesabı yoxdur.

AzNews.az
Bağla X