1998-ci ildə yol qəzasına düşən kişini təcili əməliyyat ediblər, həmin əməliyyat vaxtı həkim xəstənin bədənində qayçısını unudub. 1998-ci ildə yol qəzasına düşən kişini təcili əməliyyat ediblər, həmin əməliyyat vaxtı həkim xəstənin bədənində qayçısını unudub.

Həkim xəstənin bədənində qayçını unutdu - 18 il sonra çıxartdı - Video

1998-ci ildə yol qəzasına düşən kişini təcili əməliyyat ediblər, həmin əməliyyat vaxtı həkim xəstənin bədənində qayçısını unudub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin vaxtdan indiyə kimi xəstə cərrahiyyə əşyasını bədənində daşıyıb. Bu hadisə Vyetnamda olub. Həkimlər yad cismi xəstənin bədənindən çıxarmaq üçün, 3 saat vaxt sərf ediblər.

18 ildən sonra Van Nyata adlı 58 yaşlı kişi qarnında hiss etdiyi kəskin ağrılara görə həkimə müraciət edib. Bundan sonra həkimlər onun bədənində 15 santimetrlik qayçı aşkarlayıblar.

Hazırda, hüquq-mühafizə orqanları xəstəni 18 il əvvəl əməliyyat edən həkimi axtarırlar.