09:12
(077) 610-22-33

Tıxac bir ildə 121 milyard dollar ziyan vurub

  • >
338 6 Fevral 2013 08:07 | Maraqlı

Sakinlər 5,5 milyard saatlarını tıxacda keçirdilər


2011-ci ildə amerikalılar 5,5 milyard saat tıxacda qalıblar. Bu isə onlara 121 milyard dollara başa gəlib. Bu barədə məlumat Texas Nəqliyyat İnstitutunun hesabatında yer alıb.

Araşdırma müəllifləri bildiriblər ki, pik saatlarda amerikalılar 20 dəqiqəlik yol üçün 60 dəqiqə sərf etməli olurlar.

Tıxaclı şəhərlər siyahısına isə Vaşinqton rəhbərlik edir. Burada hər bir sürücü orta hesabla ildə 67 saatını tıxacda keçirməli olur. Sonrakı yerləri Los-Ancelos, San-Fransisko, Nyu-York, Boston kimi şəhərlər tutur.

Gələcək üçün də proqnozlar ürəkaçan deyil. Belə ki, 2020-ci ildə amerikalıların ildə 8,4 milyard saatlarını tıxacda qalacaqları və ziyanın 200 milyard dollara çatacağı gözlənilir.

Elnarə
AzNews.az
Bağla X