Fevralın 15-dən 16-a keçən gecə Yerə kiçik planet yaxınlaşacaq. Fevralın 15-dən 16-a keçən gecə Yerə kiçik planet yaxınlaşacaq.

Yerə yeni planet yaxınlaşır

Fevralın 15-dən 16-a keçən gecə Yerə kiçik planet yaxınlaşacaq.




Yaxınlaşmada indiyə qədər müşahidə olunan ən yaxın məsafə qeydə alınacaq. 45 metr diametri olan planet 2012DA14 kod adı ilə tanınır. Ancaq mütəxəssislər yerlə həmin planetin toqquşması ehtimalını mümkün hesab etmirlər.

Yaponiya alimlərinin bildirdiyinə görə, sözügedən planet 130 min ton ağırlığındadır və saniyədə 8 km sürətlə hərəkət edir. Fevralın 15-də həmin planet Hind okeanının üzərində Yerə yaxınlaşacaq.

Astronomların fikrincə, hazırda 500 minə yaxın belə kiçik planetlər mövcuddur. Hər 40 ildən bir onlardan birinin Yerlə yaxınlaşması qeydə alınır. Ancaq mümkün toqquşma hər 1200 ildən bir baş verə bilər.

Elnarə
AzNews.az