15:10
(077) 610-22-33

“Soyuqdan ölən əsgərin cəsədini güllələyib, qəhrəman adı verdilər” - ŞOK

  • >
666 11 Fevral 2013 13:19 | Maraqlı

SOVET ORDUSU İLƏ BAĞLI DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI





SSRİ ordusunun tərkibində ötən əsrin 80-cı illərində Əfqanıstanda xidmət edən çavuş Vladimir Patrakov dəhşətli faktlar açıqlayıb. Onun 28 il sonra onun açıqladığı faktlar SSRİ rəhbərliyinin xarici ölkəyə göndərdiyi əsgərlərə münasibətini ortaya çıxarıb. Çavuş iddia edib ki, onun qulluq etdiyi hərbi hissədə rus olmayan 4 sovet əsgəri soyuqdan öldüyü halda, qəhrəman kimi təqdim ediliblər. Ölümün səbəbi isə əsgərlərə isti paltarın verilməməsi olub.

65 yaşlı təqaüdçünün sözlərinə görə, hərbi hissənin komandiri hadisəni gizlətmək üçün ölən əsgərlərin cəsədlərinə atəş açdırıb. Bu isə əsgərlərin soyuqdan yox, düşmənlərin gülləsindən öldüyünü təsdiq etmək məqsədi daşıyıb.

Əfqanıstan veteranı bildirib ki, Qəndəhar da daxil olmaqla bir neçə bölgədə hərbi hissədə qulluq edib:

"Övladlarının qəhrəman kimi öldüyünü düşünənlər həqiqəti bilməlidirlər".

Çavuşun danışdığı hadisə 1985-ci il noyabrın 17-də baş verib. Ölümü barədə yeni iddialar irəli sürülən əsgərlər isə 108 –ci motoatıcı diviziyanın əsgərləri olub. Morqa gətirilən cəsədlərin güllələnməsinin şahidi olan çavuş gülləni atan əsgərlərdən bunun səbəbini öyrənib. Məlum olub ki, əmr rəhbərlik tərəfindən verilib və ölümün soyuqdan yox, hücum nəticəsində baş verməsi görüntüsü yaratmaq məqsədi daşıyıb. Bundan sonra cəsədləri vətənə gətirilən əsgərlərin valideynlərinə övladlarının qəhrəmancasına ölümünə görə "Qırmızı ulduz" döş nişanı təqdim edilib.

Hələ hadisədən dərhal sonra ordu rəhbərliyinə bu barədə yazılı müraciət göndərən çavuşa məsələnin araşdırılacağı bildirilib. Ancaq araşdırma aparılmayıb. Çavuş həmin qurbanlardan ancaq Qazaxıstandan olan Prusakov soyadlı əsgəri xatırlayıb. Ölən 3 nəfərdən ikisi isə özbək olub.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X