İsrailin kurort şəhəri olan Eylatın aeroportunda qəribə hadisə baş verib. Niderlanddan olan iki turist aeroportdakıların gözü qarşısında soyunaraq alt paltarları ilə dolaşmağa məcbur edilib. İsrailin kurort şəhəri olan Eylatın aeroportunda qəribə hadisə baş verib. Niderlanddan olan iki turist aeroportdakıların gözü qarşısında soyunaraq alt paltarları ilə dolaşmağa məcbur edilib.

Aeroportda rəzalət - turistləri soyundurdular

İsrailin kurort şəhəri olan Eylatın aeroportunda qəribə hadisə baş verib. Niderlanddan olan iki turist aeroportdakıların gözü qarşısında soyunaraq alt paltarları ilə dolaşmağa məcbur edilib.



Aeroportun mühafizə xidmətinin əməkdaşları turistlərdən birinin başqa bir turistin çemodanını oğurlamağa cəhd etdiyini iddia edib. Buna görə də heç bir səbəb göstərmədən turistləri soyunmağa məcbur ediblər.

Heç bir günahlarının olmadığını bildirən turistlər daha sonra ölkələrini İsraildəki səfirliyinə şikayət ediblər.

Buna bənzər hadisə 2011-ci ildə də baş vermişdi. Həmin vaxt İsraildəki Ben - Qurion aeroportunda mühafizəçilər qadın və kişi turistləri lüt olana qədər soyunmağa vadar etmişdilər.

Elnarə
AzNews.az