Rusiyada həkimlər qeyri-adi bir əməliyyat həyata keçiriblər Rusiyada həkimlər qeyri-adi bir əməliyyat həyata keçiriblər

Həkimlər maqnit yeyən uşağı xilas etdilər

Rusiyada həkimlər qeyri-adi bir əməliyyat həyata keçiriblər



Belə ki, xəstəxanaya ölümcül halda gətirilən uşağı əməliyyat nəticəsində xilas etməyə nail olublar.

Uşağın günbəgün vəziyyətin ağırlaşmasını görən, ana gec də olsa uşağı xəstəxanaya gətirir. Həkimlərin sözlərinə görə, pasient xəstəxanaya gətiriləndə ölümcül halda olub.

"Biz başa düşə bilmirdik ki, uşağın bu vəziyyətə düşməsində problem nədir. Ultrasəs müayinəsindən sonra bəlli oldu ki, uşağın mədəsində küllü miqdarda maqnit var. Anası isə bizə dedi ki, son günlər onun oyuncaqlarının maqniti yoxa çıxırmış. Görünür, uşaq maqnitləri udub. Ancaq körpə mədənin yarıdan çox hissəsinin bu vəziyyətdə olması ilə necə yaşayıb, onu hələ də bilmirik",-deyə həkimlərdən biri deyib.

Onun sözlərinə görə, əməliyyat çox ağır keçsə də, indi uşaq özünü yaxşı hiss edir.

Aynur
AzNews.az