17:14
(077) 610-22-33

Subaylıq sultanlıq deyilmiş

  • >
309 12 Fevral 2013 08:28 | Maraqlı

Subaylarda infarktdan ölüm risqi daha yüksəkdir




Aparılan araşdırmalar göstərib ki, subaylıq sultanlıq deyilmiş. Türkiyəli kardioloqu, dosent Alp Burak Çatakoğlu 14 fevral- Sevgililər günü ərəfəsində evliliyin insana xeyrini vurğulayan çıxış edib.

Həkim bildirib ki, evlilik kişi və qadınlarda infarkt risqini azaldır. Belə ki, ‘Europan Journal of Preventive Cardiology"də dərc olunan araşdırmanın nəticələrinə görə, evli qadın və kişilərdə infarkt və bu səbəbdən ölüm risqi subaylara nisbətən azadır.

Finlandiyada aparılan bu araşdırmaya görə, xüsusilə orta yaşlı və evli cütlüklərdə infarkt risqi daha az olur. 1993 - 2002-ci illər arasında infarkt keçirən 15300 xəstə üzərində aparılan araşdırmanın nəticələri belə deməyə əsas verir. Belə ki, xəstələrdən 7700-ü infarktdan sonra 28 gün içində vəfat edib. Onların arasında isə subay kişilərdə bu risq evlilərə nisbətən daha yüksək olub. Həmçinin qadınlarda da eyni nəticə aşkarlanıb. İnfarktdan ölüm hallarına evlilərə nisbətən subaylarda daha tez-tez rast gəlinir.

Həkimlər bunun səbəbini aşağıdakılarla əlaqələndiriblər:

- Tək yaşayan insan sistemli həyat yaşamır, qida rejimi pozulur. Eyni zamanda problemlərini bölüşmək üçün yanında heç kəs olmadığından bütün yükü təkbaşına çəkir.
- Evlilər isə qida rejiminə əməl edir, orqanizmləri daha sağlam və dözümlü olur.
- Əgər cütlər əl-ələ tutub gəzintiyə çıxarlarsa və ya birlikdə idman edərlərsə ürək xəstəliklərinə tutulmamaq baxımından özlərini daha da sığortalaya bilərlər. Sağlam bir ürəyin sirri xoşbəxt evlilikdən keçir.
- Evli şəxslər ətrafdakılarda da özlərinə qarşı diqqət və hörmət görürlər. Bu isə problemlərin həlli zamanı ətrafdan dəstək almağı daha da asanlaşdırır.
- Evli şəxslərin xəstələndikləri zaman təcili tibbi yardım çağırılması daha asan olur. Çünki araşdırmalar göstərir ki, ürəklə bağlı ölümlərin müəyyən faizi vaxtında həkim müdaxiləsi olmadığına görə baş verir.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X