19:27
(077) 610-22-33

Qızının ölümü atanı vampirə çevirdi

  • >
351 12 Fevral 2013 10:13 | Maraqlı

Türk polisi insan qanı içən vampiri həbs edib. Bu barədə məlumatı “Live Science” yayıb



Məlumata görə, saxlanılan şəxs başqalarına da hücum edib. 23 yaşında, evli və bir uşaq atası olan vampir əvvəlcə öz əllərini, ayaqlarını kəsərək qanını içib.

Ancaq 2 ay sonra qana olan tələbatın ödəmək üçün başqa vasitələrə əl atıb. O, atasından qan bankına gedərək qan almağı tələb edib. Vampir öz qurbanlarını kəsib. Polis vampiri həbs etdikdən sonra insanlara hücumunun səbəbini psixoloji amillərlə əlaqələndirib. Psixi xəstəxanaya yerləşdirilən vampirin bu vəziyyətə düşməsinə 4 aylıq qızının gözlərinin qarşısında ölümü ilə bağlı yaşadığı stress səbəb olub. Bundan başqa o, dayısına qarşı törədilən cinayətin, eləcə də dostunun başqa bir şəxsə qarşı cinayətinin şahidi olub.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X