Braziliyada 19 yaşlı Layene Santosun qarnından uşağı oğurlanıb Braziliyada 19 yaşlı Layene Santosun qarnından uşağı oğurlanıb

“Uşağımı qarnımdan oğurladılar” - İDDİA

Braziliyada 19 yaşlı Layene Santosun qarnından uşağı oğurlanıb



Belə bir iddia ilə getdiyi xəstəxanada qeysəriyyə kəsiyindən sonra uşağını görə bilməyən L.Santos özü çıxış edib. Məsələ burasındadır ki, qadın hamiləliyinin 38-ci həftəsində ağrı ilə xəstəxanaya müraciət edib və dərhal əməliyyata aparılıb. Ancaq əməliyyatdan sonra uşağı ona göstərilməyib. Həkimlər qadına qarnında uşaq olmadığını və hamiləlik düçüncəsinin psixoloji səbəblərlə yaranan xəstəliyin əlaməti olduğunu bildiriblər. Ancaq qadının əlində 38 həftə boyuca getdiyi həkimlərin müayinə kağızları var.

Sao Paolo şəhərindəki "Santa Casa de Muoa" xəstəxanasının həkimlərini uşağını oğurlamaqda ittiham edən qadın "yalançı hamiləlik" keçirmədiyini vurğulayır: "Mən o xəstəxanaya hamilə getdim, ancaq əməliyyatdan sonra uşaq yoxa çıxdı. Ya uşağımı qarnımdan oğurladılar, ya da əməliyyat əsnasında öldüyünü gizlətməyə çalışırlar".


Elnarə
AzNews.az