Ofis işi xüsusilə qadınların vaxtından əvvəl qocalmasına səbəb olur. Ofis işi xüsusilə qadınların vaxtından əvvəl qocalmasına səbəb olur.

Qadınları tez qocaldan səbəb- Oturaq iş

Ofis işi xüsusilə qadınların vaxtından əvvəl qocalmasına səbəb olur.

Aznews.az xəbər verir ki, oturaq həyat tərzi keçirən insanların sağlıq durumu ilə bağlı çoxsaylı araşdırmalar aparılıb. Oturaq işin ürək çatışmazlığı yaradaraq ölüm risqini artırdığı çoxdan məlumdur. Avstraliyadan olan alimlər belə fəaliyyətin daha bir zərərini üzə çıxarıb. Araşdırmalar göstərib ki, ofis işi xüsusilə qadınların vaxtından əvvəl qocalmasına səbəb olur. "Araşdırma göstərib ki, əksər gənc xanımlar hətta işdə olmayan zaman belə, divanda əyləşərək televizora baxmağa və ya jurnal vərəqləməyə üstünlük verir. Bu onlarda qocalma prosesini daha da sürətləndirir", - deyə tədqiqatçılar bildirir: "Tədqiqat nəticəsində məlum olub ki, yaşı 30-u keçmiş xanım ofis işçilərinin 63%-də dəridə qırışlar daha çoxdur, elastiklik isə zəifdir".