12:24
(077) 610-22-33

İnsanları öldürüb zənginlik məhlulu hazırlayırlar – DƏHŞƏT

  • >
405 19 Fevral 2013 21:50 | Maraqlı

Tanzaniyada albinolara (albinizm xəstəliyinin daşıyıcıları olan ağ tüklü və qırmızı dərili insanlar) qarşı şiddət artıq daha təhlükəli mərhələyə keçib.




Ölkənin cənub-qərbindəki Milepa əyalətində 3 nəfər 7 yaşlı Megessa adlı uşağın əlini kəsib. Bu barədə məlumatı yerli icra orqanının nümayəndəsi Apolinary Macheta verib. Bundan bir neçə gün əvvəl isə 4 uşaq anası olan Maria Chambanenge öz evində hücuma məruz qalıb. Albino olduğu üçün qadının qolu kəsilib.
Yanvar ayında ayağı kəsilən bir uşaq dünyasını dəyişib. 2011-ci ildə albino millət vəkilinin seçildiyi Tanzaniyada indiyə qədər albino öldürən 9 nəfər edam edilib.
Albinolara qarşı hücumun məqsədi isə daha bir dəhşətə dayanır. Albinoların hər hansı bədən üzvü kəsilərək guya insana zənginlik bəxş edəcək məhlul hazırlanmasında istifadə olunur.

Elnarə
AzNews.az
Top xəbərlər
Bağla X