Sərvəti 2,4 milyard olan həmyerlimizin mətbuata ilk müsahibəsi Sərvəti 2,4 milyard olan həmyerlimizin mətbuata ilk müsahibəsi

Azərbaycanlı milyarder: “İlk cəhdimdə 200 min dollar qazandım” - MÜSAHİBƏ

Sərvəti 2,4 milyard olan həmyerlimizin mətbuata ilk müsahibəsi



AzNews.az İlham Rəhimovun şəriki kimi tanınan azərbaycanlı milyarderin "Forbes" jurnalına verdiyi müsahibəsini təqdim edir



Rusiyada yaşayan azərbaycanlı milyarder Qod Nisanovun və onun partniyoru Zarax İliyevin adı uzun müddət geniş ictimaiyyətə məlum deyildi. Çərkəz bazarının, Lyublinadakı "Moskva" ticarət kompleksinin, bir neçə böyük obyektin sahibləri fotokameralardan yayınır, qızıl təyyarələrdə uçmur, Yuri Lujkov və dünya ulduzlarının iştirakı ilə dəbdəbəli gecə mərasimləri təşkil etmirdilər. Ancaq buna baxmayaraq, onlar daşınmaz əmlak bazarında hələ 2005-ci ildə "Ukrayna" mehmanxanasını almamışdan əvvəl də ciddi fiqurlar idi. O zaman Nisanov özü şəxsən hərracda iştirak edərək qiyməti 7,8 milyard rubla qaldırmışdı. Çox az adam bilirdi ki, hələ lap əvvəldən Nisanov və İliyevin partnyoru tanınmış hüquqşünas, prezident Putinin dostu azərbaycanlı İlham Rəhimov idi.

İliyev və Nisanovun adı çoxsaylı bazarlarla asossiasiya olunur. "Bu ticarətin liberallaşdırılması dövrü idi"- bunu 1990-cı illəri xatırlayan Moskva bazarının şöbə müdiri Vladimir Malışkov "Forbes" jurnalına müsahibəsində demişdi. O bildirmişdi ki, heç bir təcrübə yox idi: "1993-94-cü illərdə biz 242 bazar yaratdıq. Bu bazarlarda hər şey tapmaq olardı. Bazarlar küçə ticarətini əvəz edirdi". 1990-ci ilin sonunda Çərkəz, İzmayılovski, Riqa, Praqa bazarları və Moskvada yerləşən bir çox başqa bazarlar icarəyə verilir, əsas alış-veriş mərkəzinə çevrilirdi. Bu bazarların çoxunu Zarax İliyev və Qod Nisanov alaraq daha sonra ticarət mərkəzləri yaratmağa başladılar. 2006-ci ildə "Forbes" jurnali NİSANOV VƏ İLİYEV ŞİRKƏTLƏRİNİN İCARƏDƏN ƏLDƏ ETDİKLƏRİ GƏLİRLƏRİ 460 MİLYON DOLLAR, 2013-CÜ İLDƏ İSƏ 1,1 MİLYARD DOLLAR DƏYƏRİNDƏ QİYMƏTLƏNDİRDİ.


Qod Nisanov "Forbes"ə ilk müsahibəsində biznesə gəlişi, hansı qaydalara əməl etdiyi, Putinin ona kömək edib-etmədiyini və Rusiyadakı iş şəraitindən razılığının səbəblərini açıqlayıb.


- Belə çıxır ki, siz daşınmaz əmlakdan yaxşı pul qazananlardansınız. Bunun səbəbi nədir?

- Bu sizin qənaətinizdir. Yəqin ki, uğurumuzun sirri məqsədyönlülük və çox işləməkdir. Qərarları tez qəbul etmək, riskə getmək, çoxları kimi ora-bura getməkdən qorxmamaq. Və təbii ki, uğur...

- Məqsədyönlülük kifayət qədər yayılmış ifadədir...

- Gəlin mən sizə izah edim. Atam Qubada böyük konserv zavodunun direktoru olub. Baxmayaraq ki, ailəmizin təminatı yüksək olub, amma atam qardaşımla məni ciddi rejimdə böyüdüb. Əməyə məhəbbət və sahib olduqlarımıza qiymətləndirməyi öyrədib. Atanın maliyyə dəstəyi yaxşıdır. Amma mən özüm pul qazanmaq istəyirdim. Gündə 12-14 saat işləmək məni qorxutmurdu, hətta indi də mənim iş günüm çox vaxt gecə yarısı qurtarır.
- Çoxları belə hesab edir ki, sizin Moskvadakı uğurunuzun səbəbi dağ yəhudiləri diasporunun himayəsi nəticəsində mümkün olub.

- Bilirsiniz, bizim şirkətin çoxmillətli kollektivi var. Orada 20 min insan işləyir. Mən özüm Azərbaycanın Quba rayonun "Qırmızı qəsəbə"sindənəm. Bura dağ yəhudilərini 300 ildən artıq müddətdə kompakt yaşadığı ərazidir. Bizim əcdadlarımız inkvizisiyadan qurtulmaq üçün İrana gediblər. İranda müsəlmanlıq yayılmağa başlayandan sonra oradan köçərək uzun müddət dağlarda yaşayıblar. Ona görə də bizlərə dağ yəhudiləri deyilir. Biz xalça toxumuşuq, kənd təsərrüfatı və ticarətlə məşğul olmuşuq. Quba xanı Fətəli xan bizim əcdadlarımızı öz xanlığının ərazisində yaşamağa dəvət edib və bizi müdafiə edəcəyinə söz verib. Beləliklə də bizim "Qırımızı qəsəbə" yaranıb. İnqilaba qədər orada 13 sinaqoq var idi. Ötən əsrin 70-ci illərində insanlar İsrailə köçənə qədər qəsəbədə 4 min nəfər yaşayırdı. Təəssüf ki, indi əhalinin sayı azalıb. Əvəzində bizim insanlara dünyanın hər yerində rast gəlmək olar. Təbii ki, Moskvada da diaspora bizə kömək edib. Bizim gücümüz ondadır ki, həmyerlilərimizlə əlaqələri kəsmirik.

- Çox maraqlıdır. Sizin biznesə gedən yolunuz necə başlayıb?

- Texnikumu bitirdikdən sonra mən "sobes"də işləmişəm və eyni zamanda Qubada konserv zavodunun müdiri olan atama kömək etmişəm. SSRİ dağılandan sonra barter üsulu ilə işləmək lazım gəldi. Atam tez-tez ezamiyyətə gedirdi, mən də 3 min nəfər işçisi olan zavodu idarə etməli olurdum. Öz biznesimə gəlincə isə, 18 yaşım tamam olanda dostumla bərabər həmin qəsəbədə kommersiya mağazası açdım. İnqilaba qədər bizim çox varlı tacirlərimiz olub. Onların evlərinin birinci mərtəbəsində dükanlar olurdu və biz onları icarəyə götürürdük. Hər şey satırdıq. Bizim həmyerlilərimizin Amerikada, İsraildə, Almaniyada çoxlu qohumları var. Azərbaycanda heç kəs xaricdən bizimki qədər bağlama almırdı. Başlamalarda çoxlu müasir geyimlər olurdu. Amma axı hər şeyi geyinmək olmur, ona görə də biz onları satmağa başladıq. Həftəsonu bizə Bakıdan insanlar alverə gəlirdilər. Axı mağaza yaxşı idi.

- Niyə Moskvaya getmək qərarına gəldiniz?

- Moskvaya məndən əvvəl gələn çoxlu dostlarım, həmyerlilərim vardı. Bir dəfə atamda 190 günlüyə Moskvaya getməyə icazə aldım. Məqsədim orda ticarətlə maraqlanmaq idi. Başa düşdüm ki, paytaxtda hətta mənim kimi cavan oğlan üçün də Azərbaycandan daha yaxşı biznes üçün mühit var. Əvvəlcə maliyyə dəstəyi atamdan gəldi, daha sonra öz maliyyəm yarandı. Biznes əvvəllər fərqli idi. Əsasən istehlak mallarının ticarəti idi.

- Siz nəylə məşğul olurdunuz?

- Məsələn, Dubaydan mal gətirirdim. Fars və ərəb dillərini bilirdim. Rusiya ilə Dubay arasında reys açılanda mən ikinci reyslə getdim. Məqsəd tanışlıq idi. Küçədə gördüm ki, baxım dəstləri, daraqlar 75 sentə satılır. Moskvada bunların 3 dollara satıldığını bilirdim. Mobil telefon yox idi. Axşamı gözlədim, poçta getdim və dostuma zəng etdim. Həmin dəstləri onlar Amerikadan 1,75 dollara alırdılar. Ona dedim ki, bütün pullarını götür, bilet al və bura gəl. Heç kəsə də heç nə demə. Onun 20 min doları vardı. Biz 115 min dollarlıq mal aldıq. Qalan pulları mən atamdan aldım. Bir gündə onların ədədini 2,15 dollara sataraq 200 min dollar qazandıq. Bu 90-cı illərin əvvəllərində baş vermişdi.

- Sizin partnyorunuz niyə məhz Zarax İliyev oldu?

- Bir Zaraxla çoxdan dostluq edirik. Bir qəsəbədə böyümüşük. Sonradan dostluq əməkdaşlığa çevrildi. Mən heç vaxt buna görə peşman olmamışam. Düşünürəm ki, o da. Bizim çox ortaq cəhətlərimiz - insani keyfiyyətlərimiz var. Biz çox ünsiyyətdə oluruq, layihələri, planları müzakirə edirik. 1993-cü ildə "Novie Çeremuşki" metrosunun yanında torpaq götürdük. İndi ora "Panorama" ticarət mərkəzidir.

- 1990-cı illərin əvvəlləri kriminal hadisələrlə zəngin dövr olub. Telman İsmayılov müsahibələrinin birində qeyd edib ki, 1994-cü ildə o artıq zirehli maşınla gəzməli olub. Bəs siz bunun öhdəsindən necə gəlirdiniz?

- Allahın biz rəhmi gəlib. Biz elə vəziyyətə düşmürdük.

- 20 il keçib. İndi sizin milyon kv.metrdən artıq daşınmaz əmlakınız var. Sizin biznesin gəlir strukturu necədir? Siz hansı obyekt - "Avropa", "Moskva" yoxsa "Sadavod" obyektindən daha çox gəlir əldə edirsiniz?

- Şirkətimizin əsas fəaliyyəti kommersiya tipli obyektlərin icarəyə verilməsidir. Daha rentabelli layihə "Avropa" sayılır. "Moskva" ticarət mərkəzi və "Sadavod" bazarı təbii ki, təkcə sosial yönümlü obyekt deyil, həm də kommersiya cazibəsi var. Ölkənin iqtisadi gəlirləri ilə bizim qazancı müqayisə etsək, bu ilbəil dəyişib və mən dəqiqi rəqəmi deməkdə çətinlik çəkirəm.

- "Forbes" sizin kapitalınızı 2,4 milyard dollar civarında dəyərləndirir. Partnyorlarınızla birlikdə isə bu rəqəm 5 milyard dollara yaxınlaşır. Sizin fikriniz necədir?

- Bizim kapital bizə məxsus olan səhmlərin dəyəri ilə hesablanır. Öz biznesimizin dəyərləndirməsini aparmamışıq, ona görə ki, onların satışı heç bir zaman müzakirə mövzusu olmayıb. Mən "Forbes"in qiymətləndirmə metodu ilə tanış deyiləm, ancaq jurnalın mütəxəssislərinə güvənirəm. (gülür)

- Bu yaxınlarda siz "Redisson Slavyanski" otelinə sahiblənmək üçün 8 milyard rubl xərcləmisiz. Niyə məhz onu almaq istədiniz, hansısa məşhur "Metropol"u ya da "Nasional"ı yox?

- Biz bu mehmanxananı 5 ildir ki, idarə edirik. Şəhər öz paketini satışa çıxaranda biz bu biznesdə olduğumuza görə onu almaq qərarına gəldik. Ancaq mənim fikrimcə çox baha aldıq. Ola bilsin ki yatırım etmək üçün bizə nəsə tikməyə və genişləndirməyə icazə veriləcək. Biz yeraltı dayanacaqlar yaratmaq, konfrans zallarını genişləndirmək istəyirik. Əgər bunlar baş tutarsa, məqsədimizə nail olacağıq.

- Fikrinizcə rəqibləriniz kim idi?

- Rəqiblərimiz? Siz "Titan"ı nəzərdə tutursunuz? Biz görüşmüşdük və düşünürdük ki, onlar qiyməti qaldıraraq süni rəqabət yaradacaqlar. Allaha şükür, hər şey keçdi. Başqa rəqiblər yox idi. Görünür, hərracdan əvvəlki girov qoyulmasında potensial rəqib şirkətlər öz güclərini real qiymətləndirmişdilər. Biznes Moskvadadır. Hamı bir -birini tanıyır. Bu sahədə süni rəqabət yaratmaq istəyənlərin sayı azdır.

- Siz niyə digər mehmanxanaların hərracında iştirak etmədiniz?

- "Nasional" və "Metropol"la işləyən insanlar var. Niyə biz onlarla rəqabət aparaq ki? Moskvada hamıya çatacaq qədər obyekt var. Biz həyatda heç kəsə mane olmamışıq. Biz də mane olunmasını xoşlamırıq. Ancaq kömək edə bilərik. Səmimi desəm bunu tez-tez edirik.

- 5 il öncə sizin hərracda aldığınız və sərmayə yatırdığınız "Ukrayna" mehmanxanası ona sərf edilən vəsaiti doğruldub?

- Hələ ki yox. Mehmanxanada digər biznes sahələrindəki kimi özlərini tez doğrultmurlar. Bu uzunmüddətli layihədir, 15-20 il çəkə bilər. O gəlir gətirir, ancaq xərclər də çoxdur, orada 500 nəfər çalışır. Bundan başqa biz onu genişləndiririk, dayanacaqlar, 2 min yerlik konfrans zalı tikirik ki, beynəlxalq konfransların keçirilməsi üçün hərtərəfli şəraiti olsun. Roberto-Kavalli restoran-klubu, hind, Çin, Malaziya mətbəxi olan restoranlar, Moskvada olmayan gənclər üçün restoran. Restoranların çaya çıxışı olacaq. Ümid edirik ki, sahildə Baqration körpüsünə qədər insanların daha rahat istirahət etməsi üçün şərait yaratmağa icazə verəcəklər. 2013-cü ilin sentyabrında "Ukrayna"da ilk konfrans keçirməyi planlaşdırırıq. Əgər gəlirdən danışsaq, bizim tacımızın brilliantı "Avropa" sayılır. Biz ancaq hər şeydən çox "Ukrayna" ilə fəxr edirik. O bizim vizit-kartımızdır.

(ardı var)

Çevirəni:
Elnarə Əlosmanqızı
Aynur Hüseynova
AzNews.az

image description