Dünyada ən böyük sosial şəbəkə hesab edlən facebook rəhbərliyi 104 yaşlı Marqaret Cozefdən üzr istəyib. Dünyada ən böyük sosial şəbəkə hesab edlən facebook rəhbərliyi 104 yaşlı Marqaret Cozefdən üzr istəyib.

Facebook 104 yaşlı qocadan üzr istədi

Dünyada ən böyük sosial şəbəkə hesab edlən facebook rəhbərliyi 104 yaşlı Marqaret Cozefdən üzr istəyib.




Səbəb isə onun əslində 104 yaşı olmasına baxmayaraq, facebook-un onu gəncləşdirməsi olub.

Belə ki, Marqaretin nəvəsi nənəsi üçün sosial şəbəkədə 3 il öncə bir hesab açır. Facebook-da qoca qadının yaşı 5 yaş cavan göstərilməyə başlayıb. Səbəb isə facebook hesabında müəyyən ildən tez tarixi yazmağın mümkün olmamasıdır. Dəfələrlə rəhbərliyə müraciət edilsə də, Marqaretin sözlərinə görə, müraciətləri cavabsız qalıb.

"Qadınlar müəyyən yaşda öz yaşlarını gizlətməyə çalışırlar. Səbəb isə qocalıqdan qorxma kompleksidir. Ancaq sənin yaşın 70-i ötdükdə belə şeyləri ağlına da gətirmirsən və əksinə hamının sənin yaşını bilməsini istəyirsən. Mən facebook-da aktivəm və 109 dostum var. İstəyirəm ki, hesabımda yaşım düzgün yazılsın və hər kəs mənim 104 yaşımın olmasından xəbərdar olsun",-deyə Marqaret bildirib.

Facebook rəhbəri Sukerberqə yazılan məktublar, nəhayət ki, öz cavabını alıb. Rəhbərlik 104 yaşlı xanımdan üzr istəyərək, yaxın zamanlarda problemin aradan qalxmasına göz verib.

Aynur Hüseynova
AzNews.az