3 İran casusu ifşa olundu

İspaniyada 3 İran casusu həbs olunub. APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, onlar iranlı mühacirlərə yardım göstərmək üçün bir təşkilat yaradıblar və İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) ilə əməkdaşlıq ediblər.

İspaniya Daxili İşlər Nazirliyindən bildirilib ki, həbs olunmuş şəxslərdən biri İranın Madriddəki səfirliyinin əməkdaşıdır. "El Mundo" qəzeti hər üç şəxsin də İran səfirliyinin əməkdaşları olduğunu qeyd edib. İsrailin "Jerusalem Post" qəzeti isə hər üç şəxsin İran hökumətinə müxalif olan mühacirlərin içərisinə nüfuz edərək onlardan informasiya topladığını yazıb.