Müəmmalı şəkildə vəfat edən pop musiqisinin kralı Maykl Ceksonun bacısı müğənni Canet Cekson gizli şəkildə ərə gedib. Müəmmalı şəkildə vəfat edən pop musiqisinin kralı Maykl Ceksonun bacısı müğənni Canet Cekson gizli şəkildə ərə gedib.

Məşhur müğənni gizlincə ərəb şeyxinə ərə getdi

Müəmmalı şəkildə vəfat edən pop musiqisinin kralı Maykl Ceksonun bacısı müğənni Canet Cekson gizli şəkildə ərə gedib.



46 yaşlı müğənni qətərli milyarder Bissamo əl- Mano ilə həyatını birləşdirib. Toy sakit keçib, ər-arvad daha sonra mətbuata müraciət edərək onların şəxsi həyatına hörmətlə yanaşmaya çağırıb.

Məlumata görə, yeni evlilər toydan əvvəl 3 il sevgili olublar. Bəyin toy üçün milyonlarla dollar xərcləyəcəyi və Cekson ailəsini şəxsi təyyarəsi ilə Qətərə gətirəcəyi bildirilsə də, bunların heç biri baş verməyib. Toy hədiyyəsi olaraq isə uşaq evinə külli miqdarda ianə verilib.

Qeyd edək ki, bu Canet Ceksonun üçüncü evliliyidir.


Elnarə
AzNews.az