Dünyaca məşhur modelyerlərin mövsüm kolleksiyalarında daha çox klassik üsluba yer verilib. Dünyaca məşhur modelyerlərin mövsüm kolleksiyalarında daha çox klassik üsluba yer verilib.

Qışda nə geyinək? - Mövsümün moda trendləri

Dünyaca məşhur modelyerlərin mövsüm kolleksiyalarında daha çox klassik üsluba yer verilib.

AzNews.az xəbər verir ki, bu qış ötən qış mövsümündəki çəhrayı rəngin yerini qırmızı alırb. Givenchy qış kolleksiyasında sadəcə qırmızı tonlara yer verib. Həmçinin Giorgio Armani, Versace və Fendi kimi moda nəhənglərinin kolleksiyasında qırmızı rəngə üstünlük verilib.

Ayaqlarnız bu qış işıltı və parlaqlıqla bütün diqqətləri üzərinizə çəkəcək. Keçən mövsüm düz ağ botlar yerini işıldayan botlara verib. Bu botlar Chanel, Saint Laurent ve Marco Vincenzo-nun dəfilələrində də tez-tez qarşımıza çıxır.

Nina Ricci-nin güpür və Mulberry-nın qabarıq corabları bu sezonun trendi sayılır.

90-cı illərin rahat tərzdə olan şalvarlı kostyumları bu sezon Victoria Beckham, Calvin Klein, Stella McCartney ve Ellery tərəfindən 2017-ci ilin qış dəbi içərisində vurğulanıb.

Modaçılıqdan ilham alan Valentino, romantik paltarla trendə çevrilən Alexander McQueen və çiçəkli basqılara sahib Balenciaga satin, ipək kimi parçalardan istifadə edərək qarışıq modellərə üstünlük verib.

Yazın trendi olan kiçik çantalar yerini böyük çantalara verib. Celine, Chanel ve Poenza Schouler dəfilələrində fərqli tərzdə olan çantalar var.

Üst geyim bu mövsüm daha praktik şəkil alıb. Neylon yağmurluq geyimlərin yanında neylon paltolar da bu sezon Stella McCartney, Celine ve Christian Dior-un kolleksiyasında təqdim olunub.