Naxçıvan sakinlərinin tez-tez müşahidə etdikləri həmin obyektlər haqda şok təfərrüat Naxçıvan sakinlərinin tez-tez müşahidə etdikləri həmin obyektlər haqda şok təfərrüat

İran-Azərbaycan sərhəddində «uçan boşqab» - TƏŞVİŞ

Naxçıvan sakinlərinin tez-tez müşahidə etdikləri həmin obyektlər haqda şok təfərrüat



UNO-ların görünməsi ilə bağlı məlumatlar hər zaman böyük marağa səbəb olub. Əgər əvvəllər bu obyektlərin həqiqətən mövcudluğuna müəyyən şübhələr vardısa artıq "uçan boşqab"ların mövcudluğu və ara-sıra planetimizə təşrif buyurması konkret faktlarla sübut olunub.

Bu baxımdan AzNews.az-a daxil olan olduqca ilginc məlumat marağımıza səbəb oldu. Belə ki, Naxçıvanın Culfa rayon sakinlərinin verdiyi məlumata görə, İranın əraziyə yaxın Ələmdar-Gəngər bölgəsində də mütəmadi olaraq uçan naməlum obyektlər müşahidə olunur. Öz quruluşlarına uçan boşqabları xatırladan həmin obyektlər adətən ərazinin üzərində bir neçə dövrə vurduqdan sonra Ələmdar-Gəngərdə yenidən gözdən itirlər. Yerli sakinlər isə bunu İran tərəfinin insanlarda "uçan boşqab" xofu yaratmaq üçün istifadə etdiyi xüsusi texnika olduğunu da istisna etmirlər.

Güney Azərbaycandakı mənbələrdən AzNews.az-a verilən məlumata görə isə, İranın bir çox yerlərində olduğu kimi Ələmdar-Gəngərdə də hərbi bazalar var:

"UNO təəssüratı yaradan həmin obyektlərin də İranın öz istehsalı olan pilotsuz uçuş aparatları olması mümkündür. Ələmdar-Gəngər bölgəsi coğrafi şəraiti baxımından gizli hərbi bazaların yaradılması üçün olduqca əlverişlidir. İranın belə hərbi bazalarının Təbrizin yaxınlığındakı Səhənd dağı ətəyində də olduğu deyilir. Hətta yerli sakinlər dağın ətəklərində texnikanın işlədiyinin şahidi olmuşdular və İran buna müxtəlif açıqlamalar verməklə silah anbarı və hərbi baza ehtimalını yox etməyə çalışırdı. Ələmdar-Gəngər bölgəsi də bu baxımdan əlverişlidir və İranın öz istehsalı olan uçuş aparatları vasitəsilə həm müşahidələr aparmaq, həm də əhalidə qorxu yaratmaq istəməsi mümkündür".

Məlumat üçün bildirək ki, Ələmdar-Gəngər Şərqi Azərbaycan vilayətinin Culfa əyalətinin mərkəzində yerləşir. 2006-cı ilin siyahıya alınmasına görə, şəhərin 27842 nəfər əhalisi var. Əhalisi Azərbaycan türklərindən ibarət olan bu şəhərin adı ötən il azərbaycanlı siyasi və mədəni fəal Siyamək Səbrinin Türkiyənin Ankara şəhərində müəmmalı intiharı ilə daha çox tanınıb.

Elnur Əzimov
AzNews.az