İtlərin burunlarında təxminən 300 milyona yaxın sensor reseptoru var ki, bu da onları bomba aşkarlamaq üçün vacib vasitəyə çevirir. Müqayisə üçün deyək ki, insanlarda reseptor sayı təxminən 5 milyondur. İtlərin burunlarında təxminən 300 milyona yaxın sensor reseptoru var ki, bu da onları bomba aşkarlamaq üçün vacib vasitəyə çevirir. Müqayisə üçün deyək ki, insanlarda reseptor sayı təxminən 5 milyondur.

Bomba aşkarlayan xüsusi təlim itləri hazırlanır - Video

İtlərin burunlarında təxminən 300 milyona yaxın sensor reseptoru var ki, bu da onları bomba aşkarlamaq üçün vacib vasitəyə çevirir. Müqayisə üçün deyək ki, insanlarda reseptor sayı təxminən 5 milyondur.

AzNews.az "Amerikanın səsi"nə istinadən bildirir ki, itlərə dinamit, TNT, plastik partlayıcı və başqa qoxuları müəyyən etmək üçün müxtəlif təlimlər keçirilir. Lakin müasir bombaların fərqli maddələrdən hazırlanması bu itlərin işini çətinləşdirir.

Buna görə də ABŞ-ın Linkoln Universitetinin tədqiqatçıları itlərin bildikləri qoxulardan başqa qoxular tanıyıb-tanıya bilməməsini araşdrımaq qərarına gəliblər.

Linkoln Universitetinin tətqiqatçısı Anna Vilkinson bildirib:

"Əgər bir əşya balıq qoxusu verirsə, siz bunu anlamaq üçün bütün balıqları iyləmənizə ehtiyac yoxdur. Ona görə biz də itlərin qoxuları kateqoriyaya bölə bilib-bilmədiklərini araşdırırıq. İnsanlar üçün bu bacarıq təbiətdən gəldiyi və adlandıra bildiyimiz üçün asandır. Amma itlər eyni şəkildə edə bilmirlər".

İtlərə 40 müxtəlif qoxuya reaksiya vermək üçün təlim keçirilir. Onlar müəyyən kateqoriyaya daxil olan qoxulara cavab verdiklərində mükafat alırlar.

Altı həftə sonra həmin qoxular yenidən onlara təqdim edildikdə itlər yenə də onları düzgün kateqoriyaya yerləşdirə biliblər.

Bu tədqiqatlar gələcəkdə itlərə necə təlim keçirilməsinə və başqa qoxuları tapa bilməməsinə təsir göstərəcək.