Akademik Nizami Süleymanov Azərbaycan Texniki Universitetinin iki professoru - Arif Məmmədov və Sübhan Namazovla birlikdə yeni ixtiraya imza atıb Akademik Nizami Süleymanov Azərbaycan Texniki Universitetinin iki professoru - Arif Məmmədov və Sübhan Namazovla birlikdə yeni ixtiraya imza atıb

Nizami Süleymanovun yeni ixtirası – üzərlik biokartı

Akademik Nizami Süleymanov Azərbaycan Texniki Universitetinin iki professoru - Arif Məmmədov və Sübhan Namazovla birlikdə yeni ixtiraya imza atıb





Bu barədə AzNews.az-a məlumat verən N.Süleymanov bildirib ki, nanotexnologiyadan istifadə edilməklə hazırlanan üzərlik biokartı insanlarda enerji balansının qorunmasına və neqativ enerjinin götürülməsinə müsbət təsir edir: "Hələ qədim dövrlərdən insanlar üzərlikdən müxtəlif məqsədlər üçün istifadə ediblər. Qədim Yunanıstanda bundan ilan vurma və ya quduzluq kimi xəstəliklərin müalicəsində istifadə olunub. Eramızdan 130 il əvvəl yaşayan kral 6-cı Mitridad intihar etmək üçün zəhər içib, ancaq ölməyib. Səbəbi isə o olub ki, sarayda həmişə zəhərlənməmək üçün üzərlikdən hazırlanan məlhəmlərdən istifadə edib. Buna görə də özünü öldürmək üçün zəhər içəndə təsiri olmayıb".

Pozitiv enerji mənbələrinin axtarışı zamanı onlarla bitki arasından məhz üzərliyi seçdiklərini deyən akademik üzərliyin nanotexnologiya ilə hazırlanan ovuntularında çox güclü pozitiv biosahə aşkar edildiyini vurğulayıb: "Hazırlanan biokartın çəkisi 4,3 qramdır. Həmin biokartı üzərində gəzdirdiyi zaman insanın enerji balansını qoruyur, qan dövranını yaxşılaşdırır, insana ötürülən hər növ neqativ enerjini tamamilə sıfırlayır, ürək-damar, əsəb sistemi xəstəliklərinə, yorğunluğa, stressə, depressiyaya və diabet xəstələrində şəkərin miqdarının azalmasına müsbət təsir göstərir".

Biokartın artıq sınaqdan keçirildiyini deyən akademik bu illər ərzində 10 min biokartın hazırlandığını və Azərbaycanda, Türkiyədə, Avstraliyada və Almaniyada uğurla sınaqdan keçirildiyini qeyd edib. Həmin biokartların həkim, psixoloq, idmançılar olmaqla bir çox tanınmış şəxsə hədiyyə verildiyini deyən N.Süleymanov sənaye üsulu ilə istehsala hələlik başlanmadığını vurğulayıb. Qeyd edib ki, əgər dövlət və ya qeyri-dövlət təşkilatlarından belə bir təklif gələrsə, biokartların kütləvi istehsalına başlamaq mümkündür: "Xüsusilə vurğulamaq istəyirəm ki, bu biokart dərman vasitəsi deyil. Həkimlərin təyin etdiyi müalicə ilə paralel olaraq üzərlik biokartından istifadə müalicəyə müsbət effekt verə bilər. Bir sıra tanınmış həkimlər və şəxslər bunu artıq təcrübdən keçirib və nəticələrindən razılıq edirlər".

Elnarə Əlosmanqızı