İngiltərə parlamentində aparılan rəsmi bir araşdırma zamanı şok sayda porno film izlənildiyi ortaya çıxıb. İngiltərə parlamentində aparılan rəsmi bir araşdırma zamanı şok sayda porno film izlənildiyi ortaya çıxıb.

İngiltərə parlamentində porno qalmaqal: 24 min dəfə...

İngiltərə parlamentində aparılan rəsmi bir araşdırma zamanı şok sayda porno film izlənildiyi ortaya çıxıb.

AzNews.az "The Guardian"a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 6 aylıq müddətdə ən azı, 24 min dəfə parlament binası içərisindən porno saytlara giriş edilib.

Bildirilir ki, parlamentdə gündə orta hesabla 160 dəfə porno saytlara giriş olur.

Araşdırma nəticəsində 2017-ci il iyun ayı ilə 2018-ci il yanvar ayı arasındakı müddətdə millət vəkilləri 24 min dəfə parlamentdə porno saytlara daxil olublar. Deputatlar və parlament işçiləri porno saytlara parlamentin interneti vasitəsi ilə qoşulublar.

Bu araşdırma Vestministrdəki seks skandalından sonra aparılıb.

Xatırladaq ki, baş nazir Tereza Mey 2008-ci ildə kompyuterində pornoqrafik materiallar olan və parlamentdə porno izlədiyi ortaya çıxan köməkçisi Damian Qrini ziddiyyətli ifadələri nəticəsində işdən azad etmişdi.