15:06
(077) 610-22-33

8 martda prezident qadınlara 14 dollar verəcək

  • >
252 2 Mart 2013 16:01 | Maraqlı



8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Türkmənistan prezidenti ölkə qadınlarına hədiyyə verəcək. Prezident Qurbanqulu Berdiməhəmmədovun sərəncamı ilə ölkədəki hər qadına 40 manat, yəni 14 dollar pul veriləcək.

"İnterfaks"ın məlumatına görə, bundan əvvəl məktəb və bağçalarda qız uşaqlarına bu məbləğdə hədiyyə təqdim edilirdisə, indi artıq onlar da hədiyyələrini nağd alacaqlar.

Bundan başqa prezidentin sərəncamına görə, 8 və daha artıq uşağı olan 174 qadına bahar bayramı ərəfəsində "Ana nəvazişi" fəxri adı veriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X