21:40
(077) 610-22-33

Fironun məzarı icarəyə verilir

  • >
455 2 Mart 2013 19:06 | Maraqlı



Misir hökuməti ölkəni borcdan qurtarmaq üçün piramidaları icarə vermək niyyətindədir. Qətər piramidaları icarəyə götürməyə və 5 il üçün 200 milyard dolar verməyə hazır olduğunu bəyan edib.

Əgər sövdələşmə baş tutarsa Misir bütün borclarının ödəyib uzun illər sakit yaşaya bilər.

Bu barədə danışan Misirin Tarixi Abidələr Qurumunun rəhbəri Adil Abdel Səttar planın onun üçün əvvəlcə
böyük sürpriz olduğunu vurğulayıb. Qeyd edib ki, Sfinks, Əbu Simbel və sair piramidaların icarəyə verilməsi ölkənin problemlərini həll edə bilər.

Dünyanın 7 möcüzəsindən bir olan Misir piramidalarını ildə 15 milyon turist ziyarət etsə də hazırda bu rəqəmdə xeyli azalma var. 2010-cu ildə turizmdən əldə edilən gəlir 12.5 milyard dollardan 8.8 milyard dollara enib.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X