QİÇS tarixində görünməmiş hadisə QİÇS tarixində görünməmiş hadisə

2 yaşlı QİÇS xəstəsi sağaldı - Sensasiya

QİÇS tarixində görünməmiş hadisə



Amerikada QİÇS virusuna yoluxan 2 yaşlı qızın tamamilə sağalması kimi indiyə qədər dünyada analoqu olmayan hadisə baş verib. Anadan QİÇS virusu ilə doğulan qız barədə xəbəri "The Wall Street Journal"ı yayıb.

İki yaş yarımlıq qızın sağalması doğulduqdan dərhal sonra "aqresiv terapiya"ya başlanması ilə əlaqələndirilir. Bir neçə güclü dərman preparatının eyni zamanda istifadəsi ilə mümkün olan hadisə diaqnozun vaxtında qoyulması ilə də bağlıdır.

Həkimlərin dediyinə görə, bu hadisə QİÇS virusu ilə dünyaya gələn uşaqların müalicəsində sensasiyalı dəyişiklik yarada bilər. Əgər gələcəkdə də bu sxemdən istifadə uğurlu nəticə verərsə, daha geniş yayılması nəzərdə tutulur.

Qeyd edək ki, ilk dəfə QİÇS virusuna yoluxan xəstənin sağalması faktı 2007-ci ildə Belində qeydə alınıb. Xəstə sümük iliyinin nəqli sayəsində həyata qaytarılıb.

"Aqresiv terapiya" nəticəsində sağalan qızın orqanizmində hazırda virusun olmadığı laboratoriya analizləri nəticəsində müəyyən edilib.

Elnarə Əlosmanqzı
AzNews.az