Türkiyənin Anadolu bölgəsində yetişdirilən Kanqal it cinsi Azərbaycana da idxal olunur. Türkiyənin Anadolu bölgəsində yetişdirilən Kanqal it cinsi Azərbaycana da idxal olunur.

Azərbaycana ən yaxşı çoban itləri Türkiyədən gətirlir - Foto

Türkiyənin Anadolu bölgəsində yetişdirilən Kanqal it cinsi Azərbaycana da idxal olunur.

"Virtualaz" Türkiyə mətbuatına istinadən xəvər verir ki, Anadolunun Ərdivan qəsəbəsində 20 min metr xüsusi hasarlanmış ərazidə bəslənən heyvanların əsas özəllikləri ən yaxşı qoruma iti olmalarıdır.

İt fermasının sahibi Akif Mətin buranı 3 il əvvəl tikdiyini bildirib. Onun sözlərinə görə, Kanqal sevgisi onda uşaqlıqdan yaranıb və bu işə böyük sevgi ilə başlayaq peşəkara çevrilib. Hazırda fermada 200 damazlıq heyvan, o cümlədən, Anadolu çoban iti, Aksaray malaklısı, Ağbaş və digər it növləri var.

A.Mətin həmçinin deyib ki, Akbaş Amerikada ən yaxşı qoruma iti seçilib. Onun sözlərinə görə, fermada yetişdirilən itlər Azərbaycan, Rusiya, Çin və ABŞ kimi ölkələrə satılır:

"Türk çoban itlərimizin əsas xüsusiyyətləri dünyadakı ən yaxşı qoruma iti olmalarıdır. Bu gün Afrika, Amerika, Rusiya, Azərbaycan, Qazaxıstan kimi bir çox ölkədə sürüləri kanqallar qoruyur . Bu gün Amerikada ən yaxşı qoruma iti Akbaş seçilib. Afrikada da sürüləri vəhşi heyvanlardan kanqallar qoruyurlar. Bu bizim milli sərvətimizdir. Biz onları insanlara nə qədər yaxşı çatdırsaq, kanqalların dəyəri də bir o qədər artıq olar”.

Böyük itlərin qiyməti 20-100 min lirədir.

A. Mətin qatıldığı it gözəllik yarışmasında Türkiyə birinciliyini qazanan 70 kiloqram ağırlığındakı "Herakl" adlı kanqalın 70 min lirəyə Dubaydan alıcı tapdığını söylədi. Yenə gözəllik yarışmasında birinciliyi olan, 90 kiloqram ağırlığındakı Anadolu çoban iti "Buğac" üçün də 100 min lirəlik təklif gəlib.

AzNews.az

image description image description