Çində "Taobao" internet mağazası "Microsoft HoloLens" ilə birgə "Taobao MT Buy" adlı əlavə reallıq eynəyinin köməyilə alış-veriş etməyə imkan verəcək. Çində "Taobao" internet mağazası "Microsoft HoloLens" ilə birgə "Taobao MT Buy" adlı əlavə reallıq eynəyinin köməyilə alış-veriş etməyə imkan verəcək.

Çinlilərdən maraqlı yenilik

Çində "Taobao" internet mağazası "Microsoft HoloLens" ilə birgə "Taobao MT Buy" adlı əlavə reallıq eynəyinin köməyilə alış-veriş etməyə imkan verəcək.

AZƏRTAC “Sinxua” agentliyinə istinada xəbər verir ki, eynək cari ilin sentyabrında satışa çıxarılacaq. Alıcılar eynəyi əl və gözlərin hərəkəti ilə idarə edə biləcək. Bundan başqa, eynək məhsulun mövcudluğunu və qiymətini, həmçinin mümkün çatışmazlığı və rəyləri göstərəcək.

"Taobao" öz alıcılarının həyatını asanlaşdırmaq istəyən yeganə internet mağazası deyil. Məsələn, "Amazon" şirkəti artıq satıcısız işləyən ticarət şəbəkəsini istifadəyə verib. Müşahidə kameraları alıcılar tərəfindən rəflərdən götürülmüş lazımi məhsulları kassada verilən məhsul qəbzinə avtomatik əlavə edir.

AzNews.az