Küveytdə imam kimi fəaliyyət göstərən Misir əsilli Seyid Məhəmməd Mustafa adlı şəxs Türkiyənin Küveytdəki səfirliyinə gələrək iqtisadi hücumlara məruz qalmış ölkəyə dəstək üçün həyat yoldaşının qızıllarını bağışlamaq istəyib. Küveytdə imam kimi fəaliyyət göstərən Misir əsilli Seyid Məhəmməd Mustafa adlı şəxs Türkiyənin Küveytdəki səfirliyinə gələrək iqtisadi hücumlara məruz qalmış ölkəyə dəstək üçün həyat yoldaşının qızıllarını bağışlamaq istəyib.

Küveytli imam arvadının qızıllarını Türkiyəyə bağışladı

Küveytdə imam kimi fəaliyyət göstərən Misir əsilli Seyid Məhəmməd Mustafa adlı şəxs Türkiyənin Küveytdəki səfirliyinə gələrək iqtisadi hücumlara məruz qalmış ölkəyə dəstək üçün həyat yoldaşının qızıllarını bağışlamaq istəyib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, S.M.Mustafadan niyə belə bir şey etdiyini soruşduqları vaxt, o, “qardaş türk xalqına olan sevgimə görə etdim, siz müsəlman dünyasının ümidisiniz” – deyə, cavab verib.

Türkiyə prezidenti Ərdoğanı çox istədiyini və onun üçün dua etdiyini bildirmiş Mustafa Türkiyə xalqına səslənərək prezidentlərinin dəyərini bilmələrini qeyd edib.

Türkiyə səfirliyi ticarət müşaviri Atilla Uğur Başbuğ Mustafaya çox zərif bir hərəkət etdiyini, lakin bunu qəbul edə bilməyəcəklərini bildirib. O isə Türkiyəyə dəstək olaraq lirə alacağını və Küveytdəki türk mallarını istehlak edəcəyini deyib.

Nurlan AĞA
AzNews.az