Danimarka Almaniya ilə sərhəddə 70 kilometrlik hasar tikmək niyyətindədir. Danimarka Almaniya ilə sərhəddə 70 kilometrlik hasar tikmək niyyətindədir.

Danimarka ilə Almaniya arasında “donuz sərhədi”

Danimarka Almaniya ilə sərhəddə 70 kilometrlik hasar tikmək niyyətindədir.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, buna səbəb kimi Danimarkadakı ev donuzlarının Almaniyadan gələn və Afrika taunu virusunun yayılmasına səbəb olan çöl donuzlarından qorunması göstərilib.

Nə Almaniyada, nə də Danimarkada bu xəstəliyə rast gəlinməsə də, Afrika taunu Estoniya, Latviya, Litva və Polşada qeydə alınıb.

Hündürlüyü 1,5 metr olacaq hasarın 2019-cu ildə inşa olunacağı bildirilib. Hasarın dəyəri 11 milyon avro təşkil edəcək.

Mütəxəssislər bu yolla heyvanlar arasında mümkün xəstəliyin qarşısının alına biləcəyini hesab etsə də, ekoloqlar hasarın maral, canavar, tülkü və digər heyvanların miqrasiyasına maneə yaradacağını iddia edir.

AzNews.az