Misirdə “Dəhşətlər atası” olaraq bilinən Sfinks haqqında 1817-ci ilə kimi heç bir məlumat olmayıb. İlk dəfə məhz həmin ildə qumların altından Sfinksin başı tapılıb. Daha sonra arxeoloq Mark Lehnerin dəstəyi ilə onun haqqında bir sıra məlumatlar əldə edilib. Misirdə “Dəhşətlər atası” olaraq bilinən Sfinks haqqında 1817-ci ilə kimi heç bir məlumat olmayıb. İlk dəfə məhz həmin ildə qumların altından Sfinksin başı tapılıb. Daha sonra arxeoloq Mark Lehnerin dəstəyi ilə onun haqqında bir sıra məlumatlar əldə edilib.

Sfinksin əsl adı nə olub?

Misirdə “Dəhşətlər atası” olaraq bilinən Sfinks haqqında 1817-ci ilə kimi heç bir məlumat olmayıb. İlk dəfə məhz həmin ildə qumların altından Sfinksin başı tapılıb. Daha sonra arxeoloq Mark Lehnerin dəstəyi ilə onun haqqında bir sıra məlumatlar əldə edilib.

AzNews.az xarici mətbuata istinadən “Dəhşətlər atası” haqqında maraqlı faktları təqdim edir.

Sfinks Misir fironu Xefrenin əmri ilə inşa olunub. Həmin dövrün malik olduğu şəraitlə onun tikintisi 100 işçi ilə üç il müddətində tamamlanıb.

Bu gün Sfinks haqqında olan ən maraqlı nüans əvvəllər onun hansı adı daşıdığıdır. Çünki “Sfinks” adı yunan dilindən götürülüb və bu ad Xefrenin dövründə verilə bilməz. Buna görə də Qədim Misirdə bu abidənin hansı adla adlandırıldığı böyük bir sirrdir.

Qədim Misir tədqiqatçılarından Ceyms Allen misirlilərin tarixlərini yazıya almadıqlarını və buna görə də fəhlələrin onu necə gördüklərini bilmədiklərini deyib. Sfinksin adı haqqında bilinən tək gerçək bir vaxtlar onun “Bob” – deyə adlandırılmasıdır.

“Dəhşətlər atası”nın hansı məqsədlə tikildiyi və nəyi təmsil etdiyi bu gün də sirr olaraq qalmaqda davam edir. Bir ehtimala görə, o həmin dövrün tanrılarından olmuş, iki şirin birləşməsi kimi görünən və yeraltı dünyanın girişini qorumuş Rutinin rəmzidir.

Nurlan AĞA
AzNews.az