"VeriSign" şirkəti cari ilin ikinci rübünə olan vəziyyətə görə, bütün yüksək səviyyəli domenlərdə təxminən 339,8 milyon domen adının qeydiyyatdan keçdiyini açıqlayıb. "VeriSign" şirkəti cari ilin ikinci rübünə olan vəziyyətə görə, bütün yüksək səviyyəli domenlərdə təxminən 339,8 milyon domen adının qeydiyyatdan keçdiyini açıqlayıb.

Dünyada qeydiyyatdan keçmiş nə qədər domen var?

"VeriSign" şirkəti cari ilin ikinci rübünə olan vəziyyətə görə, bütün yüksək səviyyəli domenlərdə təxminən 339,8 milyon domen adının qeydiyyatdan keçdiyini açıqlayıb.

AzNews.az AZƏRTAC şirkətə istinadla xəbər verir ki, bu göstərici cari ilin birinci rübü ilə müqayisədə təqribən 6 milyon və ya 1,8 faiz çoxdur.

İllik hesablamada qeydiyyatdan keçən domenlərin sayında 7,9 milyon və ya 2,4 faiz artım qeydə alınıb. Qeydə alınan domen adlarının təxminən yarısı (149,7 milyon) ümumilikdə ".com" və ".net" domenlərinin payına düşür. Bu, ilin birinci yarısı ilə müqayisədə 1,4 milyon və ya 0,9 faiz çoxdur. İl ərzində domen adlarının qeydə alınmasında artım 5,3 milyon və ya 3,7 faiz təşkil edib.

Bundan başqa, ".com" domenində 135,6 milyon, ".net" domenində isə 14,1 milyon ad qeydə alınıb. Rüb ərzində bu domenlərdə qeydiyyatdan keçən yeni adların sayı 9,9 milyona bərabər olub.

AzNews.az