Son vaxtlar ABŞ-da izdiham yaratmış “Dəngəsiz” kitabında Tramp haqqında yeni faktlar ortaya çıxıb. Ağ Evin əvvəlki məsləhətçisi Omarosa Nyumenin müəllifi olduğu nəşrdə Trampın sloveniyalı həyat yoldaşı Melanianı ondan boşandığı halda vətəndaşlıqdan çıxarılması ilə təhdid etdiyi bildirilib. Son vaxtlar ABŞ-da izdiham yaratmış “Dəngəsiz” kitabında Tramp haqqında yeni faktlar ortaya çıxıb. Ağ Evin əvvəlki məsləhətçisi Omarosa Nyumenin müəllifi olduğu nəşrdə Trampın sloveniyalı həyat yoldaşı Melanianı ondan boşandığı halda vətəndaşlıqdan çıxarılması ilə təhdid etdiyi bildirilib.

“Boşansa, vətəndaşlıqdan çıxaracam” - Trampdan arvadına təhdid

Son vaxtlar ABŞ-da izdiham yaratmış “Dəngəsiz” kitabında Tramp haqqında yeni faktlar ortaya çıxıb. Ağ Evin əvvəlki məsləhətçisi Omarosa Nyumenin müəllifi olduğu nəşrdə Trampın sloveniyalı həyat yoldaşı Melanianı ondan boşandığı halda vətəndaşlıqdan çıxarılması ilə təhdid etdiyi bildirilib.

AzNews.az “Habertürk”ə istinadən xəbər verir ki, Nyumen kitabında yazır ki, Melania ərinin vəzifə müddəti bitmədən onu alçaldacaq nəsə edərsə və ya boşanarsa, Tramp ona cəza verməyin bir yolunu mütləq tapar.

Omarosa iddia edir ki, Melanianın 1996-cı ildə yaradıcı şəxslərə verilən “Eynşteyn” vizası ilə ABŞ-a köçməsində Donald Trampın böyük rolu olub. Ona görə də Tramp əsəbləşsə, həyat yoldaşının viza proseslərindəki saxtakarlığını üzə çıxaracağı qeyd edilir.

Nurlan AĞA
AzNews.az